Ordumuzun şərəfinə yeni medal təsis edilir

Ordumuzun şərəfinə yeni medal təsis edilir
  23 İyun 2017    Oxunub:1691
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar xüsusi medal təsis olunur.

AzVision.az-ın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif olunub.
Layihəyə əsasən qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə Milli Məclisin iyunun 30-da keçiriləcək növbədənlənar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ordu   Milli-Məclis   Medal  





Xəbər lenti