“Porsche” ilə qadını öldürən Ağaəli haqda məhkəmə qərarı

“Porsche” ilə qadını öldürən Ağaəli haqda məhkəmə qərarı
  23 İyun 2017    Oxunub:3376
Məhkəmə Bakıda “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.
Bakı Şəhər Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin iyunun 22-də qəbul etdiyi qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib və o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.

Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.

AzVision.az


Teqlər: Prokurorluq   Məhkəmə  





Xəbər lenti