Qaradağda 6 otaqlı ev yanıb

Qaradağda 6 otaqlı ev yanıb
  23 İyun 2017    Oxunub:1022
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 kv.m sahədə və dam örtüyü 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   Qarabağ   Yanğın  





Xəbər lenti