Tillerson Lavrova zəng edib

Tillerson Lavrova zəng edib
  23 İyun 2017    Oxunub:1417
ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon əlaqəsi saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Dövlət rəsmiləri telefon danışığı zamanı rəsmi Vaşinqtonun Rusiyaya qarşı sanksiyaların genişləndirməsini müzakirə ediblər.

Lavrov bildirib ki, çətin vaxtlarını yaşayan ABŞ-Rusiya münasibətləri bu hərəkətlərlə daha böyük risk altına atılır.

Bundan əlavə, Suriya və Ukraynanın şərqindəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Hər iki tərəf Minsk razılaşmalarının yerinə yetirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Lavrov   Tillerson  





Xəbər lenti