Vergilər naziri işdən çıxarıldı - Vasif Talıbovdan yeni təyinat

Vergilər naziri işdən çıxarıldı - Vasif Talıbovdan yeni təyinat
  23 İyun 2017    Oxunub:6788
Naxçıvan Muxtar Respublikasının vergilər naziri vəzifəsindən azad edilib.

Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Əli Mahmudov Naxçıvan Muxtar Respublikasının vergilər naziri vəzifəsindən azad olunub. V. Talıbovun digər sərəncamı ilə Azər Nağıyev Naxçıvan Muxtar Respublikasının vergilər naziri təyin edilib.

A. Nağıyev indiyədək Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb. (APA)

AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti