ANAMA-nın partlayışda yaralanan işçiləri evə buraxılıb

ANAMA-nın partlayışda yaralanan işçiləri evə buraxılıb
  22 İyun 2017    Oxunub:1055
“Türkiyədə baş verən hadisə zamanı xəsarət alan ANAMA-nın əməkdaşıları Həzi Aslanov və Ruslan Qasımovun vəziyyəti yaxşıdır”.
Bu barədə AzVision.az- a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova məlumat verib..

O, bildirib ki, hadisə zamanı xəsarət alan şəxslərə həmin gün yardım göstərilib və onlar evə buraxılıblar.

“Hər iki əməkdaşımızın vəziyyəti yaxşıdır. Onlar yenidən işlərini davam etdirəcəklər”.

Qeyd edək ki, iyunun 20-də Türkiyə ilə İran sərhədində Kiçik Ağrı Dağı ərazisində mina təmizlənməsi zamanı partlayış baş verib. Partlayış nəticəsində iki Azərbaycan vətəndaşı yaralanıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ANAMA   Türkiyə   Partlayış  





Xəbər lenti