Ərdoğan Qətərə əsgər və hərbi texnika göndərir

Ərdoğan Qətərə əsgər və hərbi texnika göndərir
  22 İyun 2017    Oxunub:2307
Bu gün Türkiyə əsgərlərinin ilk qrupu “Əl Rayyan” hərbi bazasında xidmət aparmaq üçün Qətərin paytaxtı Dohaya yola düşəcək.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, ilk mərhələdə Qətərə 25 əsgər və 5 zirehli texnika göndəriləcək.

Məlumata görə, ilk qrupun ardından digər qruplar da Dohaya yola salınacaq.

Qeyd edək ki, hazırda “Əl Rayyan” hərbi bazasında 90 Türkiyə əsgəri xidmət edir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Qətər   Türkiyə   Əsgər  





Xəbər lenti