Aprel döyüşlərində yaralanan hərbçimiz Türkiyəyə göndərilir

Aprel döyüşlərində yaralanan hərbçimiz Türkiyəyə göndərilir
  21 İyun 2017    Oxunub:6090
Aprel döyüşlərində yaralanan hərbi qulluqçu, İsmayıllı rayon sakini Ağayev Yaşar Təvvəkkül oğlu müalicə üçün Türkiyəyə göndəriləcək.

Bu barədə AzVision.az-a İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, Y.Ağayev Türkiyədə əməliyyat olunacaq.
“Yaşarın müalicə olunduğu hospitalla əlaqə saxladım. Bildirdlər ki, onun birinci əməliyyatı başa çatıb. Artıq ikinci əməliyyata hazırlıq görülür. Əməliyyata hazılıq başa çatdıqdan sonra onu Türkiyəyə göndərəcəklər. Əməliyyat Türkiyədə baş tutacaq.

Həkimlər, həmçinin bildirdilər ki, Yaşarın Türkiyədə baş tutacaq əməliyyatı onun yaddaşı ilə bağlıdır. İsmayıllı Rayon İcra Hakimiyyəti olaraq biz hər zaman ona və ailəsinə dəstək olmağa hazırıq”-, R.Ağayev bildirib.

Qeyd edək ki, 28 yaşlı Y.Ağayev aprel döyüşlərində baş nahiyyəsindən güllə yarası alıb. Sosial şəbəkələrdə onun müalicəsinin gecikməsi ilə bağlı müxtəlif məlumatlar yayılmışdı.

Hafiz Əhmədov
AzVision.az



Teqlər: Aprel-döyüşü   Türkiyə   İcra-Hakimiyyəti  





Xəbər lenti