Dolu və sel Hacıkənddə ciddi ziyan vurdu - VİDEO+FOTOLAR

Dolu və sel Hacıkənddə ciddi ziyan vurdu - VİDEO+FOTOLAR
  21 İyun 2017    Oxunub:5940
Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib. Güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. Dolunun ölçüsü 3 sm-ə çatıb.
126 evdən 114-nün dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Eyni zamanda sosial obyektlərə, əkin sahələri və 15-dək avtomobillərə ziyan dəyib. Qoşa bulaq yararsız hala düşüb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, təxirəsalınmaz tədbirlərin görülməsi üçün göstərişlərini verib.

Dəyən ziyanın miqdarını müəyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.











AzVision.az



Teqlər: Hacıkənd  





Xəbər lenti