ANAMA: "Ayın sonuna kimi Cocuq Mərcanlı təhvil veriləcək"

ANAMA: "Ayın sonuna kimi Cocuq Mərcanlı təhvil veriləcək"
  21 İyun 2017    Oxunub:1308
“Cocuq Mərcanlıda işin son mərhələsinə gəlmişik. Çox az bir hissə qalıb. Təmizlənməyən bir neçə hektar ərazidir ki, orada da işlər tamamlanmaq üzrədir”.

Bunu AzVision.az–a ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib.
Onun sözlərinə görə, Cocuq Mərcanlı kəndi və ətraf ərazilər minalardan təmizlənib.

“Yeni tikiləcək qəsəbənin ərazisi də minalardan təmizlənib. İyun ayının sonuna kimi Cocuq Mərcanlı kəndini tamamilə mina və partlamamış hərbi sursatlardan təmizləyərək təhvil verəcəyik”.

Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin yanvar ayından başlayaraq Cocuq Mərcanlı kəndində mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə başlayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ANAMA   Cocuq-Mərcanlı  





Xəbər lenti