Türkiyədə azərbaycanlı tələbə bıçaqlanıb - FOTO

Türkiyədə azərbaycanlı tələbə bıçaqlanıb - FOTO
  20 İyun 2017    Oxunub:1939
Türkiyənin Uşak Universitetinin Tarix fakültəsində təhsil alan azərbaycanlı tələbə Royal Cumayev bıçaqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı R.Cumayev mübahisə zəminində tələbə yoldaşı və həmvətəni olduğu bildirilən O.S. tərəfindən küçədə bıçaqlanıb.

Sinəsindən bıçaq yarası alan R.Cumayev yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada əməliyyat olunan və iki dəfə ürəyi dayanan tələbənin vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.

R.Cumayevi bıçaqlayan tələbə yoldaşı saxlanılıb.

Kənan Məmmədov

AzVision.az


Teqlər: Türkiyə   Tələbə  





Xəbər lenti