Bakıda keçiriləcək “Formula-1” yarışlarının vaxtı dəyişdi - CƏDVƏL

Bakıda keçiriləcək “Formula-1” yarışlarının vaxtı dəyişdi - CƏDVƏL
  20 İyun 2017    Oxunub:42509
2018-ci ildə keçiriləcək "Formula-1" yarışlarının cədvəlində dəyişiklik edilib.

AzVision.az-ın məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyası növbəti yarış ili üçün ilkin cədvəli açıqlayıb.
Bundan öncəki mövsümdən fərqli olaraq 2018-ci ildə Azərbaycan Qran-Prisinin aprel ayının 29-də keçirilməsi nəzərdə tutulub. Rusiyada keçiriləcək Soçi Qran-Prisinin də vaxtı dəyişdirilərək, senytabrın 30-a təyin edilib.

Qeyd edək ki, "Formula-1" yarışları ötən il ölkəmizdə iyun ayında keçirilib. Bu il Azərbaycan Qran-Prisi iyunun 23-də start götürəcək.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti