Qətər ərəb ölkələrinə şərt qoydu: “Danışıqlara getməyəcəyik”

Qətər ərəb ölkələrinə şərt qoydu: “Danışıqlara getməyəcəyik”
  20 İyun 2017    Oxunub:4970
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd İbn Abdulrahman Əl Tani ölkəsinə tətbiq edilən sanksiyalar aradan qaldırılmayana kimi Körfəz ölkələri ilə danışıqlar masasına oturulmayacağını bəyan edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əl Taninin sözlərinə görə, Qətər blokadada olduğu müddətdə danışıqlardan söhbət gedə bilməz.

“Danışıqlara başlamaq üçün blokadanı aradan qaldırmağa məcburdurlar. Qətərin daxili işləri müzakirə mövzusu ola bilməz”.

Xatırladaq ki, iyunun 5-dən etibarən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilib.

AzVision.az


Teqlər: Qətər  





Xəbər lenti