Ötən gün 61 cinayət faktı qeydə alınıb

19:12   19 İyun 2017    Oxunub: 411

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 61 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər tutulub.

AzVision.az

Teqlər: DİN   Polis   Həbs   Cinayət    




Rubrikanın digər yazıları