Nazirliyə məxsus şirkətdə nöqsanlar aşkarlanıb

Nazirliyə məxsus şirkətdə nöqsanlar aşkarlanıb
  19 İyun 2017    Oxunub:1095
Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, audit yoxlaması zamanı cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.

Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

AzVision.az


Teqlər: Nazirlik   Nöqsan  





Xəbər lenti