"AppLab" proqramının iştirakçısı qalib olub

"AppLab" proqramının iştirakçısı qalib olub
  19 İyun 2017    Oxunub:1397
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin "Applab" proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb.
"Bakcell"dən AzVision.az-a verilən məlumata görə, proqram üzvü olan “Mango” layihəsi ADA Universitetində keçirilən “1st ADA University Ideation Competition” müsabiqəsində 20 namizəd arasında ən innovativ layihə kimi birinci yeri tutub.

Qeyd edək ki, “Mango” istifadəçilərə onların istək və tələblərinə uyğun olaraq səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. Bununla yanaşı, proqram istifadəçiləri “Mango”nun köməyilə müxtəlif restoranlar barədə onları maraqlandıran suallara avtomatik şəkildə cavablar ala biləcəklər. Proqram "Facebook" və digər sosial şəbəkələrlə sinxron qaydada istifadə oluna biləcək.
Hazırda “Mango” komandasında ADA Universitetində təhsil alan 4 tələbə fəaliyyət göstərir. Onlar layihə ideyasının mobil tətbiqetməyə çevrilməsi üçün “Applab” proqramının ofisində 6 ay müddətində işləyəcək, "Bakcell" şirkəti və tərəfdaşları tərəfindən təqdim olununan müxtəlif təlim və seminarlarda iştirak edəcək, peşəkar məsləhətlər alacaqlar.

"AppLab" regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

AzVision.az


Teqlər: Bakcell  





Xəbər lenti