Rus qızları Qubanı coşdurdu - Fotolar

Rus qızları Qubanı coşdurdu - Fotolar
  19 İyun 2017    Oxunub:5985
17 iyun tarixində “Rixos Quba Azerbaijan” otelinin “Şimal” ziyafət zalında məşhur "Serebro" qrupunun iştirakı ilə yay mövsümünün təntənəli açılış mərasimi keçirilib. Otelin qonaqları qarşısında ən qaynar hitlərini, yeni mahnılarını səsləndirən sevilən qurup mötəşəm şou proqramla çıxış ediblər.
AzVision.az xəbər verir ki, mövsüm açılışında maraqlı müsabiqələr, uşaqlar üçün animatorların çıxışı, səhərədək davam edən DJ musiqisi qonaqların böyük marağına səbəb olub.

Mərasimdə mehmanxanada istirahət edən yerli qonaqlar, eləcə də Rusiya, Ukrayna, İran, Gürcüstan, İsrail və digər ölkələrdən konsertə gələn turistlər, xüsusi olaraq konsertə dəvət edilmiş media nümayəndələri də iştirak edib. Media nümayəndələri açılış mərasimində iştirakdan əlavə, Rixos Quba Azerbaijan otelinin xidmətləri, eləcə də otelin Qolf Klubu ilə tanış olublar.

Qeyd edək ki, “Rixos Quba Azerbaijan”, 2013-cü ildə inşa edilib, sahəsi 95 hektardır. Otelin ərazisində dağ, meşə və göl mənzərəli 212 otaq, suit və villa, o cümlədən, 18 dəlikli peşəkar qolf meydançası, SPA mərkəzi, boulinq klub, kinoteatr, restoran, gecə klubu, əyləncə parkı mövcuddur. Özündə rahatlıq və müasir dizaynı əks etdirən Rixos Quba Azerbaijan 5 ulduz istirahət və möhtəşəm lüks tətil üçün ideal seçimdir.













Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Rixos   Quba  





Xəbər lenti