Şəmkir sakinindən 2 kq narkotik götürülüb

Şəmkir sakinindən 2 kq narkotik götürülüb
  19 İyun 2017    Oxunub:1697
Şəmkirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini Eldəniz Tağıyev saxlanılıb.

Həmin şəxsin yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 2 kiloqrama yaxın olan 108 ədəd narkotik tərkibli bitkilər aşkarlanıb.

Bundan başqa, E.Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da aşkar edilərək götürülüb. Saxlanılan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq aparılır.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti