“CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark”-ın təqdimatı - VİDEO

“CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark”-ın  təqdimatı - VİDEO
  19 İyun 2017    Oxunub:2673
“CinemaPlus Ganjlik Mall”-da 2017-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş “Spark. Bəşəri Qəhrəman” cizgi filmin təqdimatı baş tutub.
Bu barədə "CinemaPlus"-dan AzVision.az-a daxil olan məlumatda bildirilir.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadə.
Animasiya filmini əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli və Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib.
Ailəvi komediya cizgi filminin rejissoru Aaron Vudlidı.

Cizgi film haqqında qısa məlumat: Qüdrətli şər qüvvələr gözəl planeti zəbt ediblər və kainatı əsarət altına alıblar. Lakin heç nə Spark və onun dostlarını təslim olmağa məcbur edə bilməz.

Əgər səndə cəsur və xeyirxah ürək, qalib gəlməyə əyilməz əzm və sadiq komanda varsa istənilən vəzifənin öhdəsindən gələ bilərsən. Kainatın xilası üçün ulduz tapşırığı başlayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.



Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər: CinemaPlus  





Xəbər lenti