“Əliyev və Sarkisyan danışıqların davam etdirilməsini istəyir”

“Əliyev və Sarkisyan danışıqların davam etdirilməsini istəyir”
  19 İyun 2017    Oxunub:1278
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsdində maraqlıdır.
AzVision.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

“ATƏT-in Minsk qrupu münaqişə tərəfləri arasında siyasi dialoqun davam etdirilməsinə ümid edir. Biz bu məsələni həm Bakı, həm də İrəvanda müzakirə etdik. Bu müzakirələrin nəticələrinə əsasən deyə bilərəm ki, hər iki ölkənin prezidenti sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır”, - deyə Popov qeyd edib.

Rusiyalı həmsədr Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ATƏT-in Minsk qrupunun dərin narahatlığını ifadə edib.

Popov qeyd edib ki, həmsədrlər bu məsələni Azərbaycan prezidenti və müdafiə naziri ilə də görüş zamanı müzakirə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Həmsədr   Popov   Qarabağ  





Xəbər lenti