Nalbandyanın Qətərə səfərinin gizlinləri

Nalbandyanın Qətərə səfərinin gizlinləri
  19 İyun 2017    Oxunub:2982
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dohaya səfəri zamanı Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdülrəhman əl Tani ilə görüşüb. Görüş zamanı Nalbandyan qətərli həmkarına Sarkisyanın göndərdiyi məktubu təqdim edib.
Rəsmi məlumatlardan aydın olur ki, Nalbandyanın səfəri qabağdacan planlaşdırılmayıb. Erməni ekspertlərin fikrincə, Qətərin regional təcrid vəziyyətində, xüsusilə ABŞ prezidenti Donald Trampın bu ölkəni terrorizmi dəstəkləməkdə günahlandırdığı bir zamanda Ermənistanın xarici işlər nazirinin Doyaha səfəri erməni diplomatiyasına ziddir.

Yaxşı məlumdur ki, Ermənistanın körfəz ölkələrində yaranmış problemin həllində istər vasitəçilik, istərsə də diplomatik təsir üçün heç bir resursu, statusu yoxdur. Xüsusilə, bu ölkə münaqişənin əsas fiquru olan Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərə malik deyil.

Lakin, digər tərəfdən Nalbandyanın hazırkı böhran zamanı bu ölkəyə qısa səfər etməsi yalnız iqtisadi layihələrin həyata keçirilməsi kimi dəyərləndirilməməlidir. Faktiki olaraq böhran içində olan Qətərin Ermənistan kimi cılız ölkə ilə gələcəkdə iqtisadi proqramlar həyata keçirməsi inandırıcı deyil. Nalbadyanın gözlənilmədən Dohaya səfəri və Sarkisyanın məktubunu Qətər rəhbərliyinə çatdırması səfərin pərdəarxasında gizli məqamların olduğunu üzə çıxarır.

Rusiyalı ekspertlər hesab edirlər ki, Nalbandyandan öncə Serj Sarkisyanın Qətərə səfəri birbaşa Rusya ilə razılaşdırılmış və rəsmi Moskvanın təlimatı əsasında baş tutmuşdu. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Nalbandyan Dohaya Ermənistanın xarici işlər naziri kimi deyil, Rusiya “nümayəndəsi”, daha doğrusu Kremlin əlaltısı statusunda gedib, Moskvanın müəyyən mesajlarını Qətər rəhbərliyinə çatdırıb.

Ehtimal ki, Moskva Fars köfrəzindəki hadisələrə birbaşa müdaxilə etməyi məqsədəuyğun saymır, mövqeyini İrəvanın vasitəsi ilə ifadə edir. Bütün bu xidmətlərə görə isə İrəvana kim və nə qədər ödəyəcək, bunu zaman göstərəcək.

Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan   Nalbandyan   Qətər  





Xəbər lenti