"Zirə" və "İnter"in rəqibi bilindi

15:21   19 İyun 2017    Oxunub: 427

Avropa Liqasında 2017/18 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

AzVision.az-ın məlumatına görə, püşkatmada iki klubumuzun - "Zirə" və "İnter"in rəqibi bəlli olub.

"Zirə" “Differdanj”la (Lüksemburq), "İnter" isə “Mladost”la (Serbiya) qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun və 6 iyulda keçiriləcək.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Avropa-Liqası    




Rubrikanın digər yazıları