Dünyada qaçqınların sayı rekord həddə çatıb – 65,6 milyon

14:28   19 İyun 2017    Oxunub: 351

2016-cı ilin sonunda bütün dünyada ümumilikdə 65,6 milyon insan yaşadığı yeri tərk etməyə məcbur olub.

AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə Ali komissarının illik hesabatında bildirilib.


2015-ci ildə qaçqınlar və sığınacaq istəyənlərin sayı 65,3 milyon olmuşdu ki, bu həmin dövr üçün rekord idi.

Hesabatda qeyd olunub ki, təqiblər, münaqişələr, zorakılıq və insan haqlarının pozulmasına görə 65,6 milyon insan yasağı ərazini tərk etməyə məcbur olub.

Hesabata əsasən 22,5 milyon insan qaçqın düşüb, 40,3 milyon insan isə ölkələri daxilində məcburi köçürülməyə məruz qalıb, 2,8 milyonu isə sığınacaq istəyib.

BMT-nin qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi qeyd edib ki, ötən il 7 milyon insan öz evinə qayıdıb, lakin 10 milyondan çox yeni qaçqın meydana gəlib.

Qaçqınların sayına görə, 5,5 milyon nəfərlə Suriya rəhbərlik edir, daha 6,3 milyon isə Suriya daxilində yaşadığı ərazidən köçüb. Qaçqınların sayına görə (7,7 milyon) ikinci yerdə Kolumbiya, üçüncü pillədə isə Əfqanıstan (4,7 milyon) qərarlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Qaçqın   BMT   Suriya    




Rubrikanın digər yazıları