Türkiyə ilə Naxçıvan arasında azad ticarət zonası yaradılır

Türkiyə ilə Naxçıvan arasında azad ticarət zonası yaradılır
  19 İyun 2017    Oxunub:2272
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib ki, yaxın perspektivdə Türkiyə və Naxçıvan arasında azad ticarət zonası yaradılacaq.

AzVision.az-ın “haberler”-ə istinadən verdiyi məlumata görə, Nihat Zeybekçi Qarsda olarkən qeyd edib ki, ticarət zonası yaradılacaq və Naxçıvandan Türkiyəyə və əks istiqamətdə 100 milyon dollarlar dəyərində məhsullar daxil olacaq.

Nazirin sözlərinə görə, Türkiyə və Naxçıvan arasında ticarət iki türk şəhəri arasındakı kimi aparılacaq.

Nihat Zeybekçi qeyd edib ki, bununla yanaşı İran və Gürcüstanla da sərhədyanı biznes layihələr həyata keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkiyə   Naxçıvan  





Xəbər lenti