Göyçaydakı qətllə bağlı rəsmi məlumat

Göyçaydakı qətllə bağlı rəsmi məlumat
  19 İyun 2017    Oxunub:1372
Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda törədilən qətllə bağlı məlumat yayıb.
AzVision.azın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə müraciət olunub.

Göyçay rayon prokurorluğunun və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

Meyit eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S. Xanmaməmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: Qətl  





Xəbər lenti