Azərbaycanda sabiq prorektor həbs edildi

10:43   19 İyun 2017    Oxunub: 1316

Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1952-ci il təvəllüdlü Rahim Zaman oğlu Əzizov Nəsimi rayonu ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Əzizov Azərbaycan Müəllimlər İnstitutunun sabiq prorektoru olub.

AzVision.az

Teqlər: Həbs    




Rubrikanın digər yazıları