Bakının mərkəzində su olmayacaq

Bakının mərkəzində su olmayacaq
  19 İyun 2017    Oxunub:1424
Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.
Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 19 iyun 2017-ci il tarixində saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti