“Məsciddəki hadisə potensial terror aktıdır” – Baş nazir

“Məsciddəki hadisə potensial terror aktıdır” – Baş nazir
  19 İyun 2017    Oxunub:2561
Böyük Britaniya baş naziri Tereza Mey bəyan edib ki, polis Londonda məscid yaxınlığında baş verən insidenti potensial terror aktı adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Polis hadisənin mümkün terror aktı kimi qiymətləndirildiyini təsdiqləyib. Mən bu gün səhər fövqəladə iclas çağıracağam. Mənim bütüm fikirlərim hadisə qurbanları, onların ailələri və hadisə yerində işləyən xüsusi xidmət orqanları əməkdaşları ilə birgədir”, - deyə Mey bəyan edib.

Qeyd edək ki, ötən gün Londonda məscidin yaxınlığında naməlum şəxslər avtomobili kütlənin üzərində sürüb. Bıçaqla silahlanmış şəxs daha sonra avtomobildən düşərək insanlara hücum edib. Hadisə nəticəsində azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.

London polisinin yaydığı məlumata görə, hadisə müsəlmanların iftar mərasimindən sonra məsciddən çıxdıqları zaman baş verib.

London sakinləri kütləyə çırpılan furqonun sürücüsünü tutaraq polisə təhvil veriblər. Bundan əvvəl isə polis avtomobildə olan digər şəxsi saxlayıb.
Hadisənin terror aktı olub-olmaması araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: London   Böyük-Britaniya  





Xəbər lenti