Bakıya gələn qatar yolda qaldı - (VİDEO)

09:33   19 İyun 2017    Oxunub: 1817

Bakı-Sumqayıt sürət qatarının hərəkətində gecikmə olub.

AzVision.az-ın məlumatına görə, Sumqayıtdan 07:50-də çıxan sürət qatarı Biləcəri stansiyasına çatmamış yolda qalıb. Qatar 20 dəqiqə gecikmə ilə Bakı stansiyasına 10:18-də çatıb.

"Azərbaycan Dəmir Yolları" ASC-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AzVision.az-a problemdən xəbərdar olduqlarını və bununla bağlı araşdırma aparıldığını deyib.



Aytən Zəhra
AzVision.az

Teqlər: Qatar    




Rubrikanın digər yazıları