Makron yenə qalib gəldi: 2-ci turun nəticələri

Makron yenə qalib gəldi: 2-ci turun nəticələri
  19 İyun 2017    Oxunub:1660
Bu gün Fransada keçirilən parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri açıqlanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 2-ci turda prezident Emmanuel Makronun "İrəli, respublika" hərəkatı liderdir.

“İrəli, respublika” hərəkatı 41,25% səs toplayaraq Milli Assambleyada 577 yerdən 355-ni əldə edib.

İkinci yerdə 22,59% səslə "Respublikaçılar" partiyası, Marin Le Penin “Milli Cəbhə” partiyası isə 9,93% səslə üçüncü yerdə qərarlaşıb.

Seçkilərin rəsmi nəticələrini sabah Fransanın Daxili İşlər Nazirliyi açıqlayacaq.

Qeyd edilib ki, parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizi iştirak etməyib.

AzVision.az


Teqlər: Fransa   Seçki  





Xəbər lenti