Yasamalda yük maşını yanıb

17:07   18 İyun 2017    Oxunub: 574

Bakı şəhəri, Yasamal rayonunda yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan "FORD" markalı yük avtomobilinin mühərrik və kabinasının yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 13:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: Bakı   Yanğın   FHN    




Rubrikanın digər yazıları