Evdə qadın meyiti tapılıb

15:55   18 İyun 2017    Oxunub: 364

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, şəxsiyyəti məlum olmayan qadının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:28-də başa çatıb.

AzVision.az

Teqlər: FHN   Bakı   Meyit    




Rubrikanın digər yazıları