Əhalinin gəlirləri 7,3 faiz artıb

Əhalinin gəlirləri 7,3 faiz artıb
  18 İyun 2017    Oxunub:1672
Yanvar-may aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 18613,9 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1917,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 86,7 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 17025,0 milyon manatlıq vəsait qalıb.

AzVision.az


Teqlər: Statistika-Komitəsi  





Xəbər lenti