Fransada parlament seçkilərinin 2-ci turu keçirilir

Fransada parlament seçkilərinin 2-ci turu keçirilir
  18 İyun 2017    Oxunub:1114
Fransada parlament seçkilərinin 2-ci turuna start verilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 2-ci turda 47 milyon seçici 1146 namizəd arasından aşağı palatanın 573 deputatını seçəcək.

Seçkilərin 1-ci turunda Milli Assambleyanın 4 deputatı 50 faizdən çox səs toplayaraq artıq deputat mandatını əldə edib.

Prezident Emmanuel Makoronun “İrəli, Respublika” Partiyasının 577 yerə malik parlamentdə 415-445 mandat qazanacağı proqnozlaşdırılır.

Parlament seçkilərinin iyunun 11-də keçirilən 1-ci turunda 51.29 faiz seçici səsvermədə iştirak etməyib.

AzVision.az


Teqlər: Fransa   Seçki  





Xəbər lenti