Şabranda 3 otaqlı ev yanıb

09:58   18 İyun 2017    Oxunub: 284

Şabranda yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Şabran rayonu, Leyti kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: Şabran   Yanğın   FHN    




Rubrikanın digər yazıları