ABŞ-da etiraz aksiyası: 18 nəfər tutulub

00:14   18 İyun 2017    Oxunub: 368

ABŞ-ın Sent-Pol şəhərində etiraz aksiyası zamanı 18 nümayişçi saxlanılıb.

"RİA Novosti"nin verdiyi məlumata görə, etiraz aksiyası hərəkətin sıx olduğu magistal yolda keçirilib.

Aksiya iştirakçıları məhkəmənin polis Ceronimo Yanesə bəraət verməsinə etiraz ediblər.

Qeyd edək ki, Ceronimo Yanes qaradərili Filando Kastilenin qətlində ittiham olunurdu.

AzVision.az

Teqlər: ABŞ   Etiraz    




Rubrikanın digər yazıları