Deputat təhsil nazirindən kömək istədi

Deputat təhsil nazirindən kömək istədi
  18 İyun 2017    Oxunub:1380
Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində bir neçə gün əvvəl dam örtüyü yanaraq sıradan çıxan orta məktəbə baş çəkib.
AzVision.az xəbər verir ki, məktəb rəhbərliyi ilə birlikdə məktəbi gəzən millət vəkili şəraitlə tanış olub. Məktəb kollektivi Q.Paşayevadan millət vəkili kimi məktəbin dam örtüyünün qısa zamanda təmir edilməsi istiqamətində müvafiq qurumlara müraciət etməsini xahiş edib. Məktəb kollektivi əks halda qısa zaman ərzində yağan yağışların məktəbin içərisini də tamamilə yararsız vəziyyətə sala biləcəyini deyiblər.

Millət vəkili Q.Paşayeva bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi və rayon icra hakimiyyəti başçısı ilə danışıb və qısa zamanda məktəbin dam örtüyünün təmir edilməsi ilə bağlı məktəb kollektivinin və millət vəkili kimi özünün xahişini çatdırıb. Görüşdən sonra təkrar Təhsil Nazirliyinin rəsmiləri ilə vəziyyətlə bağlı bir daha danışacağını deyən millət vəkili problemin yaxın günlərdə öz həllini tapacağına inandığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti