Düşmən etiraf edir: “Artıq gücümüz qalmayıb, qorxuruq...” (FOTOLAR)

Düşmən etiraf edir: “Artıq gücümüz qalmayıb, qorxuruq...” (FOTOLAR)
  17 İyun 2017    Oxunub:79763
Ötən gün hərbi qulluqçumuz Sultan Şahvələdovun şəhid olması düşmən ordusuna baha başa gəldi. İşğalçı tərəfin növbəti təxribatının qarşısını alan ordumuz düşmənə daha ağır zərbələr vurdu.
Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, cəbhə xəttində 6 erməni hərbçi məhv edilib. Düşmən tərəfi isə hər zamanki kimi itkilərini gizlətməyə çalışır.

Erməni KİV-ləri bildirir ki, təmas xəttində baş verən toqquşlar zamanı 4 hərbi qulluqçu ölüb, ikisi isə yaralanıb.

Ermənistan tərəfinin yalanı bu dəfə də alınmayıb. Parlamentin sədri Ara Babloyanın təcili Qarabağa getməsi, orada yaralı əsgərlərlə görüşməsi itkilərin və yaralıların çox olduğunu, rəqəmlərin xalqdan gizlədildiyinin əyani sübutudur.



Görünən odur ki, təşviş içində olan Ermənistan rəhbərliyi özü-özünü ifşa edir.

Azərbaycan əsgərinin şəhid olmasından sonra baş verən hadisələr istər Ermənistanın daxilində, istərsə də xaricdə yaşayan ermənilər arasında böyük panikaya səbəb olub.

Ermənistanın Ukraynadakı səfirliyinin informasiya siyasəti üzrə müşaviri Arman Abovyan "Facebook" səhifəsində məhv edilən erməni əsgərlərin adlarını açıqlamaqla əslində baş verən hadisələrə cəmiyyətin hansı şəkildə yanaşdığını üzə çıxarıb.



Ermənilərin sosial şəbəkələrdəki paylaşımları onların necə qorxu və həyəcan içində olduqlarını göstərir.



Armen Qazaryan adlı erməni "1997-ci il rəqəmini görəndə qorxulu vəziyyətə gəlirsən" deyə öz narahatlığını ifadə edib.



Qarsevan Bulbulyan adlı istifadəçi isə itkilərə görə Ermənistan hakimiyyətini günahlandırıb.

"Ucuz rəhbərlər öz dəvələrini əmirlik səhralarına göndərir və ya 10 000 000 dollarlıq toylar falan.... budur bugünkü həqiqət".

Bulbulyan yaxşı anlayır ki, Sarkisyan hakimiyyəti erməni xalqını ölümə məhküm edib.



İrina Ayvazyan yazıb: "Yarama duz tökmə, hər bir itki sanki ürəyə bıçaq soxmağ kimidir... Sabahı günü qorxu ilə gözləyirəm".



Mareta Harutyunyan: "İnsan nəinki ağlamaq, hətta var gücü ilə qışqırmaq istəyir. Artıq bunlara dözməyə gücüm qalmayıb".

Varsenik Postoyan: "Mən sadəcə susuram. İndi özümə cavabdeh deyiləm!”.



Ter-Qazaryan: "Nə qədər bu hallara ağrı ilə baxacağıq?"

Hayk Feofanidis: "Bəs, onları kim ora göndərib?"

Göründüyü kimi, erməni fəallar artıq etiraf edirlər ki, Azərbaycanın qarşısında aciz və məğlub durumdadırlar, daxilən qorxu və həyəcanlarını gizlədə bilmirlər. Onlar həm də anlayırlar ki, Sarkisyan hakimiyyəti erməni xalqını böyük bir uçuruma yuvarlayıb. Sınmış və məğlub erməni cəmiyyətini nə Qarabağ, nə də Sarkisyan düşündürür. Onlar yalnız sağ qalmaq barədə fikirləşirlər.

Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   Ermənistan   Təxribat   İşğalçı  





Xəbər lenti