Millimiz Ermənistanı məğlub etdi

Millimiz Ermənistanı məğlub etdi
  17 İyun 2017    Oxunub:1661
Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı davam edir.
Azərbaycan Həndbol Federasiyasından AzVision.az-a verilən məlumata görə, Azərbaycan millisi 9-16-cı yerlər uğrunda görüşdə Ermənistan yığması ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 21:7. Matçın ikinci hissəsində də üstünlüyü davam etdirən komandamızın əvəzedici heyəti 18:14 hesabı ilə qalib gəlib.

Ümumi hesabda rəqibini 39:21 hesabı ilə məğlub edən həndbolçularımız turnirdə ikinci dəfə meydandan qalib ayrılıblar.

AzVision.az



Teqlər: Həndbol  





Xəbər lenti