Ermənilər təşviş içindədir: Gümrüdə atəş səsləri eşidilir

Ermənilər təşviş içindədir: Gümrüdə atəş səsləri eşidilir
  17 İyun 2017    Oxunub:23153
Gümrü sakinləri təşviş içindədir. Rusiyaya məxsus 102-ci hərbi bazada atəş səsləri eşidirilir.

AzVision.az xəbər verir ki, bu barədə Şirak universitetinin müəllimi Levon Muradyan “Facebook” səhifəsində yazıb:
"102-ci bazanın 124-cü alayın ərazisində güclü atəş səsləri eşidilir".

"Bu cür oxşar hadisə bir neçə ay əvvək də baş vermişdi. Poliqonun düz 20 metr kənarından hasarın arxasından ardıcıl atəş səsləri eşidilirdi. Sonda məlum oldu ki, hərbi təlimdir. Hələ də biz anlaya bilmirik, bu təlimlər nə üçün insanların toplu şəkildə yaşadığı yerdə keçirilir. Onlar "Россию умом не понять" cümləsini təkrarlamağı xoşlayırlar", - deyə həkim Sergey Sarqsyan bildirib.

102 -ci hərbi bazanın mətbuat katibi Andrey Dabralyubov məsələ ilə bağlı açıqlama verməyib.

Hərbi bazanın erməni əməkdaşı bildirib ki, hazırda Gümrüdə təlimlər keçirilir. Onun sözlərinə görə, hərbi təlimlər bir neçə gün davam edəcək.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Gümrü   Ermənistan   Təlim  





Xəbər lenti