Cəbhədə məhv edilən erməni hərbçilərlə bağlı yeni məlumat

Cəbhədə məhv edilən erməni hərbçilərlə bağlı yeni məlumat
  17 İyun 2017    Oxunub:3442
Ötən gün cəbhədə Azərbaycan ordusu tərəfindən məhv edilən erməni hərbçilərlə bağlı yeni məlumatlar yayılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 20 yaşlı Arayik Rudik Matinyan Lori vilayətinin Şnoğ kəndinin sakini olub. Ermənistan ordusuna Alverdinin Tumanyan hərbi komissarlığından xidmətə çağırılıb.

20 yaşlı Vigen Jirayr Petrosyan isə Sevan şəhərinin sakini olub. Ermənistan ordusuna Sevan hərbi komissarlığından çağırılıb. Məlumata görə, o, 20 günə tərxis olunacaqmış.

Digər hərbçi 20 yaşlı Vardan Tsovak Sarkisyan Araqatsod isə vilayətinin sakini olub.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ   Təxribat  





Xəbər lenti