Müdafiə Nazirliyi: Cəbhədə 5 erməni hərbçi məhv edilib

Müdafiə Nazirliyi: Cəbhədə 5 erməni hərbçi məhv edilib
  17 İyun 2017    Oxunub:5593
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib:

“Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Cəbhə   Qarabağ  





Xəbər lenti