Bakı metrosunda problem yaranıb

Bakı metrosunda problem yaranıb
  17 İyun 2017    Oxunub:2371
Bu gün səhər saatlarında Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, "Dərnəgül" stansiyasından "Memar Əcəmi" stansiyasına qədər qatar normal sürətindən yavaş hərəkət edib.

"Qatar "Memar Əcəmi" stansiyasında xətdən çıxarılıb. Buna görə biraz gecikmə baş verib. Hazırda intervalın bərpa olunması üçün iş aparılır. Yaxın müddətdə gecikmə tam olaraq aradan qaldırılacaq"-deyə N.Paşayev vurğulayıb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti