Bakı səmasında naməlum obyekt peyda olub - VİDEO

Bakı səmasında naməlum obyekt peyda olub - VİDEO
  17 İyun 2017    Oxunub:5869
Bakı səmasında naməlum obyektin hərəkət etdiyi görüntülənib.

Həmin anları yaxınlıqda yaşayan bir vətəndaş telefonun kamerası ilə qeydə alıb. Sosial şəbəkələrdə yayılan və həyəcana səbəb olan kadrlarda naməlum obyektin hərəkət etdiyi aydın görünür. Ancaq obyekt uzaqda olduğu üçün nə olduğu bilinmir.
Şamaxı Astrofizika Rəsədxanasından fəlsəfə elmlər doktoru Ədalət Ətayi deyib ki, bu uçan naməlum obyekt deyil. Onun fikrincə, naməlum obyekləri dərhal təhlükəli saymaq doğru olmaz.

Qurum rəsmisi bu cür görüntülərlə qarşılaşdıqda vətəndaşları təlaşa düşməməyə çağırıb. (Xəzər TV)



AzVision.az


Teqlər: Bakı   Səma   Rəsədxana  





Xəbər lenti