Bu sahədə işləyənlərin maaşı artıb

Bu sahədə işləyənlərin maaşı artıb
  16 İyun 2017    Oxunub:1943
2017-ci ilin yanvar-aprel aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 192,0 min nəfər təşkil edib, onların 33,7 min nəfəri mədənçıxarma, 99,9 min nəfəri emal, 27,4 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,0 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2017-ci ilin yanvar-aprel aylarında sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 987,3 manata çatıb.

Əmək haqqı mədənçıxarma sənayesində 11,7 faiz, emal sənayesində 6,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,7 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 0,9 faiz azalıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika-Komitəsi   Sənaye   Maaş  





Xəbər lenti