Neftimiz cüzi bahalaşıb

10:27   16 İyun 2017    Oxunub: 277

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar bahalaşaraq 44,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 46,98 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar bahalaşaraq 47,23 dollar təşkil edib.

AzVision.az

Teqlər: neft    




Rubrikanın digər yazıları