"ABŞ həmişə Rusiyadakı seçkilərə müdaxilə edib" - Putin

"ABŞ həmişə Rusiyadakı seçkilərə müdaxilə edib" - Putin
  16 İyun 2017    Oxunub:1731
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, rəsmi Vaşinqton hər zaman Rusiyadakı seçkilərə müdaxilə edib, lakin bu özünü 2012-ci ildə daha aydın şəkildə göstərib.

AzVision.az xəbər verir ki, bu barədə Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində bildirib.
Müsahibə zamanı Stoun ABŞ-ın 2012-ci ildə Rusiyadakı seçkilərə müdaxilə edib-etməməsi ilə bağlı soruşub.

“Həm 2000, həm də 2012-ci ildə müdaxilə olub. Lakin 2012-ci ildə daha aqressiv olub. Mən detallara varmayacağam”, - deyə Putin qeyd edib.

O, qeyd edib ki, Vaşinqton öz məqsədləri üçün diplomatik əməkdaşlardan istifadə edib: “Amerikalı tərəfdaşlar bu barədə bilirlər. Mən bunu Kerri və Obamaya da demişəm. Bizə diplomatik nümayəndələrin Rusiya daxilinə seçki kampaniyasına qoşulmalarını təsəvvür etmək belə çətin idi. Onlar müxalif qüvvələri toplayır, maliyyələşdirir, müxalifət mitinqlərinə gedirdilər. Diplomatik xidmət digər işlərlə məşğul olmalıdır, diplomatik xidmət dövlətlərarası əlaqələr yaratmalıdır”.

Putin, həmçinin qeyd edib ki, qeyri-hökumət təşkilatları (QHT) istənilən fəaliyyətlə məşğul olub. Lakin belə QHT-lər çox vaxt ya Dövlət Departamenti, ya da digər dövlət mənbələrindən maliyyələşir. Bütün post-sovet məkanında, Şərqi Avropada, digər ölkələrdə, Afrikada, Latın Amerikasında eyni hal baş verir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Putin   Seçki  





Xəbər lenti