Ərdoğan ABŞ-a etiraz etdi: "Bu nə qanundur?"

Ərdoğan ABŞ-a etiraz etdi: "Bu nə qanundur?"
  16 İyun 2017    Oxunub:1703
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyəti tərəfindən mühafizəçilərinin həbsinə order verilməsi barədə qərara kəskin etiraz edib.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, Ankara həbs orderlərinin verilməsinə qarşı siyasi və hüquqi metodlarla mübarizə aparacaq.
"Mən ABŞ-da olarkən PKK və FETÖ üzvləri dayandığım yerdən 40-50 metr aralıda etiraz aksiyası təşkil etdilər. Amma Amerika polisi heç nə etmədi. Əgər Türkiyədə belə bir hadisə olsaydı, siz təsəvvür edə bilərsiniz, nə olardı? Dünən bizim iki vətəndaşımızı həbs etdilər, mənim 12 mühafizəçim haqda həbs qərarı çıxardılar. Bu nə qanundur? Əgər mənim mühafizəm mən qorumayacaqsa, onda niyə mən onu Amerikaya aparıram?" — Ankarada prezident sarayında çıxış edərkən Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, Ankara ABŞ hakimiyyətinin qərarına qarşı "siyasi və hüquqi metodlarla" mübarizə aparacaq.

AzVision.az


Teqlər: Türkiyə   ABŞ   Ərdoğan  





Xəbər lenti