Mavi quşun dalındakı erməni - Twitter AzVisionu hədəfə aldı – FOTOFAKT

Mavi quşun dalındakı erməni - Twitter AzVisionu hədəfə aldı – FOTOFAKT
  15 İyun 2017    Oxunub:8532
Bugünlərdə AzVision.az saytının xarici dillər qrupuna aid 6 Twitter hesabı heç bir qayda pozuntusuna yol vermədiyi halda, bağlanılıb.
Əvvəlcə, Twitter-dən bütün ünvanlara eyni bildirişlər gəlib - “...Sizin hesabınız avtomatikləşdirildiyi üçün müvəqqəti olaraq bağlanılıb...” Daha sonra hesabın açılması üçün müvafiq yollar təklif edib. Məsələn, “Start düyməsinə basın, əlaqə telefonunuzu qeyd edin, göndərdiyimiz kodu daxil edin, hesabınız açılacaq...”



Lakin bunların heç biri sonucda hesabların açılmasına gətirib çıxarmayıb, ən yaxşı halda dəfələrlə “bir daha cəhd edin” deyə bildirişlər gəlib. Texniki problemlər olduğuna görə, bir müddət gözləməyi xahiş edən Twitter sonra heç bir səbəb göstərmədən hesabları tamamilə bağlayıb.





Əslində Tvitterdə bu kimi problemin həlli olduqca asandır. Qeyd olunduğu kimi, “Start” duyməsinə basırsan, vəssalam, kompüter özü sənə kömək edir. Ancaq Twitterin həmin “Start” düyməsini azvsionçulardan gizlətməsi (biz əvvəlcə bunun texniki problem olduğunu düşünürdük), məhz AzVision.az saytından ən çox xəbər paylaşan hesabları axtarıb tapıb bağlaması bəzi şübhələr yaratdı.



Bağlanan hesablardan 3-ü saytın rəsmi hesablarıdır: @enAzVision –ingilis dilində, @FrVision –fransız dilində, @VzglyadAz –rus dilində.





Digər 3 hesab AzVision-un öz istəklərinə uyğun olaraq vaxtaşırı saytdan xəbərlər paylaşan əməkdaşlarının şəxsi hesablarıdır: @worldnewsJ, @Symbol_FR, @mammadli_t‏). Yəni, Twitter təkcə AzVision saytının rəsmi hesablarını deyil, saytın əməkdaşlarının da hesablarını bağlayıb. Qeyd edək ki, həmin hesabların hər birinin xeyli izləyicisi var idi və xaricdə onlara aktiv şəkildə istinad olunurdu.



Bir sözlə, baş verənlərin AzVision-a qarşı məqsədli aksiya olduğu şübhə doğurmur. Amma nə üçün? Twitteri buna vadar edən nədir və ya kimdir? Bir sosial şəbəkə hansısa ölkənin saytına məxsus və yaxın olan hesabları heç bir qayda pozmadığı halda, əsaslı səbəb də göstərmədən niyə bağlasın ki?! Buna cavab tapmaq üçün bu dəfə də, biz Tvitteri araşdırdıq. Və...

Bağlanmış Twitter hesabının bərpası “Start” düyməsini basmaqla başlayır. Həmin o düymənin işini tənzimləyən şəxs erməni imiş. Bəli, Twitter şəbəkəsinin vitse-prezidenti Raffi Qriqoryan adlı ermənidir. Məlum oldu ki, Yerevan Kreativ Texnologiyalar Şurasının üzvü olan Raffi Qriqoryan intensiv olaraq Ermənistana səfərlər edir, orada həmyerlilərinə proqramlaşdırma və informasiya texnologiyaları ilə bağlı məruzələr oxuyur, Twitter bağlı problemlərini həll edir.



Xüsusilə qeyd edəki ki, Massaçusets texnoloji kollecinin məzunu Raffi Qriqoryan vitse-prezident olmaqla yanaşı Twitter-də məlumat bazası, web-serverlər və arxiv proqramı bölməsi kimi olduqca vacib bölmələrə rəhbərlik edir.



Deməli, Qriqoryan vəzifəsindən sui-istifadə edərək sosial şəbəkədə Azərbaycanla mübarizədə ən güclü rəqiblərdən birinin AzVision komandası olduğunun fərqinə varıb. Bizi izləyənlər bilirlər ki, AzVision 7 dildə fəaliyyət göstərir. Komandamız oxuculara xəbərləri çatdırmaqla yanaşı, sosial şəbəkələrdə və beynəlxalq mediada ölkəmizə qarşı ədalətsiz kampaniyalara qarşı mübarizə aparır. Əksər hallarda bu kampaniyaların arxasında ermənilər durur. Göründüyü kimi, bu dəfə də arxadan erməni çıxdı...

Səbinə Həsənova
AzVision.az







Teqlər: #Twitter   #AzVision  





Xəbər lenti