Mühəndis-istehkam birləşmələrinin döyüş hazırlığı yoxlanıldı - FOTOLAR

Mühəndis-istehkam birləşmələrinin döyüş hazırlığı yoxlanıldı - FOTOLAR
  15 İyun 2017    Oxunub:1883
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.

Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.

AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi   Ordu   Təlim   Döyüş  





Xəbər lenti